İndoneziya hökuməti Vaşinqton və Cakarta arasında bağlanmış ticarət sazişinin şərtlərinə uyğun olaraq, Amerika mallarına tətbiq edilən tarifləri və ABŞ-a mineral tədarükünə qoyulan məhdudiyyətləri qaldıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb.
“Razılaşma əldə olunub ki, İndoneziya Respublikası tarif baryerlərinin 99%-ni ləğv etməklə Amerikanın sənaye, texnoloji və kənd təsərrüfatı məhsulları üçün açıq bazara çevriləcək”, - o qeyd edib.
Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar indi İndoneziyada Amerika istehsalı olan malları sıfır tariflərlə satacaq və İndoneziya ABŞ-a daxil olan bütün məhsullarına 19% [tariflər] ödəyəcək.
"Bundan əlavə, İndoneziya ABŞ-ı öz qiymətli əsas minerallarla təmin edəcək, həmçinin Boeing təyyarələri, Amerika kənd təsərrüfatı məhsulları və Amerika enerji resurslarını almaq üçün on milyardlarla dollar dəyərində iri müqavilələr imzalayacaq", - Tramp əlavə edib.