Qəzzada İsrail hərbçisi həlak olub

07:50 - 11 İyul 2025 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı bir əsgərin öldüyünü təsdiqləyib.

Ucnoqta.az bildirir ki, bu barədə İDF-nin sözçüsü məlumat yayıb.

Məlumata görə, Qəzza zolağının cənubundakı Xan Yunisdə baş verən partlayış nəticəsində Qolani Briqadasının kəşfiyyat bölməsinin komanda rəhbəri, 21 yaşlı hərbiçi həlak olub.

 İsrail ordusunun mətbuat katibinin məlumatına görə, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail əsgərlərinin sayı artıq 890-a çatıb.

Xəbər xətti