“Ənsar Allah” üsyançı hərəkatından olan yəmənli husilər Təl-Əvivin Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən raket qüvvələri Zülfikar ballistik raketindən istifadə edərək, Yaffanın işğal olunmuş ərazisindəki Ben Qurion hava limanına hücum edərək yüksək keyfiyyətli hərbi əməliyyat keçirib.
Əməliyyat öz məqsədinə çatdı”, - hərəkatın nümayəndəsi Husilərə məxsus “Al Masirah” telekanalının efirində bildirib.