Böyük Britaniya hakimiyyəti ölkənin hava hücumundan müdafiəsini gücləndirmək üçün Ukraynaya "Thales" hərbi-sənaye qrupu tərəfindən istehsal olunan 5 mindən çox raket tədarük edəcəklərini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya hökumətinə istinadən Reuters agentliyi məlumat yayıb.
Qeyd olunur ki, müvafiq saziş iyulun 10-da Ukraynanın bərpası ilə bağlı konfransın keçirildiyi Romada Böyük Britaniyanın baş nazirinin müavini Angela Rayner tərəfindən imzalanacaq.