İmişli və Sabirabadda fənn müəllimlərinin qəbuluna start verilir: İyulun 20-dək ...

13:11 - 10 İyul 2025 - Cəmiyyət

“Tam orta məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərəcək İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli və Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta məktəbə fənn müəllimlərinin qəbuluna start verilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mil - Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunur ki, yeni təhsil modeli əsasında fəaliyyət göstərəcək bu məktəblər, tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.

Tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək.

Qeydiyyat müddəti: 20 iyul 2025-ci il tarixinədək davam edəcək.

Qeydiyyat üçün link:

https://forms.office.com/r/jZMCmvXp1r

Xəbər xətti