39 mindən çox müəllim min manatdan çox maaş alır - Nazir

11:22 - 10 İyul 2025 - ÖLKƏ İÇİ

Sertifikasiya prosesi təşkil edildikdən sonra müəllimlərin əməkhaqlarında sürətli artımlar müşahidə olunub.

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə gör, sertifikasiyada yüksək bal toplamış müəllimlərin əməkhaqqı 1320 manat təşkil edir.

Emin Əmrullayev bildirib ki, müəllimlərin orta aylıq əməkhaqqısı isə 965 manatdır.

“Müəllimlərin 1 faizi 34 saat dərs deyir və 2000 manat və daha artıq əməkhaqqı alır. Bu kateqoriyaya 1399 nəfər daxildir. 11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır. Bu qrupa 12 803 nəfər aiddir. 33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000–1500 manat maaş alır. Bu, 39 296 müəllim deməkdir. 41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500–1000 manat əməkhaqqı alır. Bu qrupa 49 min 757 nəfər daxildir. 14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Belə müəllimlərin sayı 17 min 492 nəfərdir”, - nazir əlavə edib.

Xəbər xətti