Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki, liderlər və heyətlər sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına əngəl olan ən mürəkkəb məsələləri geniş şəkildə müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, BƏƏ-də Azərbaycan və Ermənistan liderlərinin görüçünü şərh edən siyasi şərhçi Elxan Şahinoğlu deyib.
"Görüşdən sonra yayımlanan açıqlama və xəbərlər də göstərir ki, tərəflər A-dan Z-yə bütün məsələləri müzakirə ediblər. Görüşün yekunu olaraq hər hansı sənədin imzalanmaması və ya ortaq bəyanatın qəbul edilməməsi narahatlığa əsas vermir. Dialoq genişlənib. Önəmli olan budur. Bütün hallarda Nikol Paşinyan Konstitusiya dəyişikliyini ləngitməməlidir. Sülhün açarı bundadır".