Ağ Ev X-də ABŞ Prezidenti Donald Trampın mavi və qırmızı Supermen kostyumunda əks olunduğu bir şəkil dərc edib.
Ucnoqta.az xəbər verir ki, şəkil neyron şəbəkələrdən istifadə etməklə yaradılıb. Şəkildə Tramp sinəsində böyük S hərfi və “Supermen” başlığı olan super qəhrəman kimi göstərilir.
"Ümid simvolu. Həqiqət. Ədalət. Amerika yolu. Supermen Tramp", - nəşr yazır.