Goranboyda iynədən şoka düşən qadın ölüb

16:59 - 11 İyul 2025 - Xəbər

Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.

Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini 1979-cu il təvəllüdlü Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb. Qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti