Braziliyada etirazçılar Trampın müqəvvasını yandırıblar

20:23 - 11 İyul 2025 - DÜNYA

Braziliyanın San-Paulu şəhərində Braziliya ilə Vaşinqton arasında gərginliyin artması fonunda nümayişdə ABŞ prezidenti Donald Trampın üzü və üzərində Amerika bayrağı olan kukla yandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Metropoles” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, nümayişlərdə ictimaiyyət Ağ Ev rəhbərinin keçmiş prezident Jair Bolsonaronun məhkəməsinə cavab olaraq tətbiq etmək qərarına gəldiyi Braziliya ixrac məhsullarına rüsumları tənqid edib.

“Metropoles” həmçinin yazır ki, mitinqi ictimai təşkilatlar, həmkarlar ittifaqları və solçu partiyalardan olan parlamentarilər təşkil edib.

Xəbər xətti