Abşeronda kişini şantaj edənlər saxlanılıblar

17:04 - 9 İyul 2025 - HADİSƏ

Abşeronda hədə-qorxu gələn şəxslər saxlanılıblar. 

Ucnoqta.az xəbər verir ki, Abşeron rayon sakini olan 34 yaşlı kişi polisə müraciət edərək iki nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 955 manatını və 4000 manat dəyərində qızıl-zinət əşyasını aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 17 və 18 yaşlı şəxslər müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdilir.

Xəbər xətti