Ardıcıl 3 gün iş olmayacaq

18:54 - 10 İyun 2025 - Cəmiyyət

Azərbaycanda Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq.

Ucnoqta.az xəbər verir ki, bu il Milli Qurtuluş Günü - 15 iyun bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.

Bu il 14 iyun şənbə gününə təsadüf edir.

Beləliklə, 14, 15 və 16 iyun qeyri-iş günləri olacaq.

Xəbər xətti