Bakıda həbsxananın dam örtüyü uçub, xəsarət alan var

23:26 - 1 İyun 2025 - Xəbər

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb.

Bu barədə Ucnoqta.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Xəbər xətti