Elektrik yarımstansiyasında yanğın - 10-a yaxın kənd işqısız qaldı

09:39 - 1 İyun 2025 - ÖLKƏ İÇİ

Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, bir sıra kəndlər işıqsız qalıb.

"Report" xəbər verir ki, hadisə Müsüslü kəndində yerləşən yarımstansiyada qeydə alınıb.

Belə ki, saat 07:40 radələrində stansiyada yerləşən transfarmatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə Müsüslü, Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, habelə Göyçayın Alpout və Bəydövül kəndləri işıqsız qalıb.

Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Xəbər xətti