Amerikalı müğənni və aktrisa Cennifer Lopez açıq-saçıq geyimdə ictimaiyyət qarşısına çıxıb.
Ucnoqta.az xəbər verir ki, müvafiq görüntüləri Daily Mail təqdim edir.
55 yaşlı ulduz Las-Veqasda keçirilən American Music Awards mərasiminə qatılıb. Tədbir üçün o, formaya uyğun sürməyi rəngli payetli kombinezon seçdi. Üstəlik, bu qarderob elementi sənətçinin kürəyini və ombasının bir hissəsini üzə çıxaran dərin dekolte ilə bəzədilib.
Müğənni eyni zamanda hündürdaban ayaqqabı geyinib, səliqəli saçlarını aşağı salıb və gözlərinə vurğu ilə makiyaj edib.