Antalyaya uçan təyyarə Samarada məcburi eniş etdi

22:43 - 28 May 2025 - Xəbər

Moskvadan Antalyaya uçan təyyarə texniki nasazlıq səbəbindən Samaradakı Kurumoç hava limanına məcburi eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Volqa vilayəti Nəqliyyat Prokurorluğunun açıqlamasında bildirilir.

İlkin məlumatlara görə, mayın 28-də axşam saatlarında Kurumoç hava limanında Moskvadan Antalyaya uçan “Azur Air” aviaşirkətinə məxsus təyyarə texniki eniş edib.

Hava limanının terminal binasında 339 sərnişin var. 

Xəbər xətti