8 Noyabr prospektində qəza - Tıxac yarandı

12:43 - 29 May 2025 - AVTO

Xətai rayonu, 8 Noyabr prospektində qəza baş verib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəzada iştirak edən nəqliyyat vasitələrinin sürücüləri avtomobilləri yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri səbəbindən hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.

Sərbəst hərəkəti təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Xəbər xətti