Oman Sultanı İlham Əliyevi təbrik edib

15:33 - 29 May 2025 - SİYASƏT

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Ucnoqta.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm”.

Xəbər xətti