Hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi açıldı

16:51 - 29 May 2025 - Xəbər

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib.

Hazırda ibtidai istintaq aparılır.

Xəbər xətti