Ukrayna bir gündə 1245-ə yaxın hərbçi itki verib

13:39 - 29 May 2025 - DÜNYA

Xüsusi hərbi əməliyyat zonasında Rusiya hərbçi qruplarının hərəkətləri nəticəsində Ukrayna Silahlı Qüvvələri bir gündə 1245-dən çox hərbçisini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, Ukrayna Ordusu “Şimal” qoşun qrupunun cavabdehlik zonasında düşmən 185 nəfərə qədər, “Qərb” istiqamətində 200-dən çox, “Cənub” istiqamətində 240-a qədər, “Mərkəz”də 390-dan çox, “Şərq” qruplaşma zonasında 160-dan çox, 70-yə qədər hərbi qulluqçu itki verib.

Xəbər xətti