Mehriban Əliyevadan Müstəqillik Günü ilə bağlı PAYLAŞIM

09:49 - 28 May 2025 - Cəmiyyət

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!
Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!
Uca Tanrı Vətənimizi qorusun!"

Xəbər xətti