“Özümə yaxşı ölüm arzulayıram...”

16:46 - 27 May 2025 - Cəmiyyət

“Həyat mənim üçün 5 dəqiqəlik bir şeydir. Buradan oraya keçməkdir, bu qədər. Hərdən ölümü özümə elə arzulayıram ki... Yaxşı ölüm arzulayıram”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov “Qapqara” yutub layihəsində deyib.

“İstəyirəm hər şeydən canım qurtarsın. Pis insanlardan, fitvalardan və nələrdən-nələrdən... Təkcə çalışdığım sahə yox, həyatın özü də söz-söhbətlidir. Buradan Maştağaya gedənədək yolda neçə nəfərlə mübahisə edəsən? Mən eləmirəm, fikirləşirəm ki, bəlkə, evdə xəstəsi var, uşağı xəstələnib, bəlkə, mədəsi sancılanıb, ya fikirlidir, bəlkə, hələ dəlidir? Səbirli olmaq daha yaxşıdır”, - o bildirib.

Xəbər xətti