"Həmkəndlisini döydüyü üçün həbs edilən T.Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, o cümlədən DOST Agentliyinin və ya DOST Mərkəzinin əməkdaşı deyil".
Ucnoqta.az xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev məlumat yayıb.
O bildirib ki, həmin şəxs "DOST İş" Mərkəzi tərəfindən ödənişli ictimai işlər proqramı çərçivəsində Zaqatala Regional Qaz İstismarı İdarəsinin Balakən rayonu üzrə ictimai işlər üzrə köməkçi işi ilə təmin edilib.