Polşa Rusiyadan xiyar idxalını qadağan etmək istəyir

08:25 - 26 May 2025 - İQTİSADİYYAT

Polşada xiyar istehsalçıları bu tərəvəzlərin Rusiya Federasiyasından idxalına qarşı mübarizəyə çağırıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə O2 portalı Polşanın İstixana Pomidorları və Xiyar İstehsalçıları Assosiasiyasının rəhbəri Lukaş Qvizdalaya istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, istehsalçılar 2025-ci ilin mart ayının sonunadək Rusiya Federasiyasının respublikaya xiyarın əsas tədarükçüsünə çevrildiyini göstərən məlumatların ortaya çıxması fonunda müvafiq tələblər irəli sürüblər.

"Yaxın bir-iki ay ərzində bu məsələ ilə bağlı qərar qəbul edilə bilər. Fikrimizcə, hərbi əməliyyatların başlaması və Ukraynanı dəstəkləmək üçün siyasi qərarın qəbulu ilə Rusiya mallarının, o cümlədən Belarus vasitəsilə ölkəyə daxil olan məhsulların Polşa bazarına idxalına qadağa qoyulmalıdır", - Qvizdala qeyd edib.

O, Polşanın öz resurslarından Ukraynaya kömək etmək üçün istifadə etməsi və eyni zamanda Rusiya və Belarusdan məhsul alması vəziyyətini paradoksal adlandırıb.

Xəbər xətti