Hakan Fidan Rusiyaya gəlir - Lavrovla görüşəcək

15:19 - 20 May 2025 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 25-27-də Moskvada işgüzar səfərdə olacaq Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Türkiyə xarici işlər naziri mayın 25-27-də Moskvaya işgüzar səfər edəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar planlaşdırılır. Xarici siyasət idarələrinin rəhbərləri Suriya, Liviya, Zaqafqaziya və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət ayırmaqla regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar", - o bildirib.

Diplomat bildirib ki, müasir şəraitdə ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivləri də müzakirə olunacaq. "Nazirlər yüksək və yüksək səviyyələrdə ikitərəfli təmasların cədvəlinə baxacaqlar", - Zaxarova bildirib.

Xəbər xətti