Fuad Xəlilov Aparat rəhbəri təyin olundu

14:40 - 20 May 2025 - Xəbər

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.

Qeyd edək ki, bundan əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsin müdiri təyin edilib.

Fuad Xəlilov bundan əvvvəl mobil cihazlarınızın alışı və satışını həyata keçirən "EasyCep Azərbaycan" Şirkətinin İdarə Heyətinin sədri olub.

Xəbər xətti