Pakistanda 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən Attok şəhərindən 19 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 39 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.