Rusiya prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyat qərarı təkcə NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı deyil.
Ucnoqta.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində deyib.
"Həmişə seçim var və bəlkə də Putinin alternativləri var idi. Amma məsələ NATO-nun şərqə doğru genişlənməsindən çox deyil, Ukraynada yaranan təhlükələrdən gedir", - o deyib.
Lukaşenko vurğulayıb ki, Putin Kiyevlə NATO məsələlərində razılığa gəlmək, demilitarizasiya, rus dilinin sıxışdırılmaması və münaqişəyə son qoymaq üçün danışıqların təşəbbüskarı olub.///tass