Vüqar Camal Turan dövlətlərinin film festivalına qatılıb

12:13 - 4 Mart 2025 - Mədəniyyət

Tanınmış tədqiqatçı, rejissor və bəstəkar Vüqar Camal, Turan dövlətlərinin təşkil etdiyi film festivallarına qatılaraq ssenarisi Günay Ağayevaya məxsus olan Zamanı Gəldi adlı qısametrajlı film çəkib.

Ucnoqta.az xəbər verir ki, film müharibə qazisinin gözündən həyatın mənasını, insanlara verilən mesajları əks etdirir.

Baş rolda Pərviz Malik Əjdər çıxış etmişdir. Vüqar Camal əvvəllər də Avropa film festivallarına filmlər təqdim etmiş və bu il xristian ölkələri üçün xüsusi bir film hazırlamışdır. Bu filmin musiqisi ilk dəfə olaraq süni intellekt tərəfindən bəstələnmişdir ki, bu da kino sənayesində yeni texnoloji dövrün başlanğıcını göstərir.

Xəbər xətti