İsrailin müdafiə naziri İsrael Katz amerikalı həmkarı Pit Heqset ilə İran, Qəzzadan girovların azad edilməsi və anklavda Həmas idarəçiliyinin aradan qaldırılması, həmçinin ABŞ-nin hərbi yardımı məsələsini müzakirə etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Katz X-də yazıb. “Biz razılaşdıq ki, bütün girovlar evlərinə qaytarılmalı və Qəzzada Həmas hakimiyyəti məhv edilməlidir. İran regional təhlükəsizliyə ən böyük təhdid olaraq qalır və biz onun nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birlikdə çalışacağıq", - nazir qeyd edib.
İsrail Müdafiə Nazirliyinin rəhbəri ABŞ prezidenti Donald Tramp administrasiyasının İsrailə hərbi yardımın çatdırılmasının sürətləndirilməsində göstərdiyi dəstəyə və İsrailin təhlükəsizliyinə sarsılmaz öhdəliyinə görə təşəkkür edib.