Neftin qiyməti ucuzlaşıb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin may ayı üçün fyuçerslərinin qiyməti 2024-cü il oktyabrın 1-dən bəri ilk dəfə bir barel üçün 70 dollardan aşağı düşüb.
Birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 2,3% ucuzlaşaraq 69,97 dollar/barelə bərabər olub.
Eyni zamanda WTI markalı xam neftin aprel fyuçersləri 1,58% ucuzlaşaraq 67,29 dollar/barelə bərabər olub.