Ermənistanın təhlükəsizliyini Qərb qüvvələri deyil, Rusiya ordusu təmin edir

21:55 - 4 Mart 2025 - DÜNYA

Rusiyanın 102-ci hərbi bazası və sərhədçilərinin olması Qərb qüvvələrinin vədlərini deyil, Ermənistanın təhlükəsizliyini təmin edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli “24News” portalına müsahibəsində bildirib.

"Mən bildiyimə görə, Ermənistana Rusiya-Ermənistan münasibətlərindəki kimi heç bir təhlükəsizlik zəmanəti verilməyib. Hər halda, mən heç bir sənəd və ya bəyanat görməmişəm.
Təhlükəsizlik və hərbi-siyasi alyans sahəsində əməkdaşlığımızın əsas komponentləri toxunulmaz olaraq qalır. Rusiya bazası burada qalır, sərhədçilərimizin mövcudluğu prinsipial olaraq dəyişməyib və bu, Ermənistan rəhbərliyi tərəfindən kifayət qədər müsbət qiymətləndirilir” - səfir deyib.

Xəbər xətti