Papa özünü bir az daha yaxşı hiss edir - Vatikan

21:51 - 26 Fevral 2025 - DÜNYA

İkiqat pnevmoniyadan xəstəxanada müalicə alan Papa Fransisin vəziyyəti bir az da yaxşılaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

"Papanın kliniki vəziyyəti son 24 saat ərzində bir qədər yaxşılaşıb. Əvvəllər qeydə alınan böyrək çatışmazlığı artıq yoxdur. Bir gün əvvəl aparılan döş qəfəsinin KT müayinəsi sətəlcəmin inkişafının normal mənzərəsini üzə çıxarıb”, - məlumatda deyilir.

Xəbər xətti