ABŞ administrasiyası 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstanda tərk etdiyi bütün hərbi texnika və silahları geri qaytarmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə kabinetinin ilk iclasında bildirib.
“Biz milyardlarla, on milyardlarla dollar dəyərində avadanlıq, yeni yük maşınları qoyub getdik. Siz onları hər il sərgiyə qoyduğunuzu görürsünüz. Bu, hər şeyin ən yaxşısıdır. Düşünürəm ki, bu avadanlıqların çoxunu geri almalıyıq" - ABŞ lideri deyib.
Trampın sözlərinə görə, “Taliban” əfqan radikal hərəkatı Amerika silahlarını kütləvi şəkildə satır və bu, Əfqanıstanı dünyada ən çox hərbi texnika satanlardan birinə çevirir.