ABŞ prezidenti Donald Tramp Venesuelanın ABŞ ilə neft hasilatı müqaviləsinin şərtlərini yerinə yetirmədiyini və martın 1-də ləğv ediləcəyini bildirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp qeyd edib ki, müqaviləni ləğv etmək qərarı təkcə neft müqaviləsinin şərtlərinin pozulması ilə deyil, həm də Karakasın ABŞ-a “göndərdiyi” miqrantların geri qaytarılması ilə bağlı öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi Karakasa qarşı sanksiyaları yumşaldaraq "Chevron" və onun törəmə şirkətlərinə Venesuela neftini ABŞ-a hasil edib idxal etməyə icazə verib.