Tailandda turist avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Thairath” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, qəza krallığın şərq hissəsində, Banqkokdan 120 km aralıda yerləşən Praçinburi əyalətində baş verib.
Hadisə 200 nəfərlik tur qrupu üç avtobusda daşınarkən baş verib, sonuncu avtobus idarəetməni itirib, beton maneəni yıxıb və sonra aşıb.
Avtomobildə 47 sərnişin və 2 sürücü olub.
Yerli hakimiyyət orqanları 20-yə yaxın qurbanın xəstəxanaya aparıldığını bildirib.
Xilasedicilər itkin düşənlərin qalan hissəsini axtarır. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.