Avstraliya Rusiyaya qarşı ən böyük sanksiayalar paketini tətbiq etib
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, Avstraliya 2022-ci ildən bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini 70 şəxs və 79 təşkilata qarşı tətbiq edib.
Onların arasında, xüsusən də Rusiyanın yeni regionlarının administrasiyasının nümayəndələri, o cümlədən nazirlər, hakimlər və prokurorlar, habelə Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığın dərinləşdirilməsində iştirak etdiyi iddia edilən şəxslər və təşkilatlar var.