Bakıda obyektin 800 kv/m hissəsi yanıb

19:42 - 25 Oktyabr 2024 - HADİSƏ

Paytaxtın Nizami rayonunda iaşə obyektinin yanaması ilə bağlı saat 17:32-də FHN-in “112” qaynar xəttinə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev bildirib.

O, qeyd edib ki, yanğınsöndürənlər çağırışdan 4 dəqiqə sonra hadisə yerinə çatıb. Vəziyyət qiymətləndirilib və çoxsaylı çağırışla bağlı qərar qəbul olunub:

“Yanğının digər iaşə obyeltləri və fərdi yaşayış məskənlərinə keçməsinin qarşısı alınıb. Yanğın qısa nüddətdə məhdudlaşdırılaraq tam söndürülüb”.

Qeyd olunub ki, sahəsi 2000 kv/m olan iaşə obyektinin təminən 800 kv/m hissəsi yanıb. Xəsarət alan olmayıb.

Xəbər xətti