Ermənistan hökuməti noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Fəaliyyəti üzrə 29-cu Sammitində (COP-29) iştirak imkanını müzakirə edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan brifinqdə məlumat verib.
“Ermənistanın Bakıda keçiriləcək COP-29 sammitində iştirak edib-etməyəcəyi barədə hələ qərar yoxdur, bunun Ermənistana nə gətirəcəyini müzakirə etməliyik”.
- deyib.