COP29-la bağlı Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılacaq

15:07 - 1 May 2024 - Xəbər

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə yaxın zamanlarda elanın verilməsi gözlənilir.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti