Nizamsız qan təzyiqi ürəyə zərbə vurur - DİQQƏT

06:45 - 20 Fevral 2024 - Cəmiyyət

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün hər üç nəfərdən birində yüksək təzyiq var. Ehtiyat tədbirləri görülsə, 30 ildə 76 milyon insanın yüksək təzyiqin yaratdığı həyati təhlükədən xilas ola biləcəyi təxmin edilir. Ancaq yüksək təzyiqi müalicə etməklə yanaşı, gün ərzində təzyiq səviyyələrindəki dəyişikliklər də nəzarət altında saxlanılmalıdır.

Orta səviyyədə saxlanmayan qan təzyiqi infarkt və beyin qanaması kimi bir çox riski özü ilə gətirə bilər. 
Ucnoqta.az xəbər verir ki, yüksək qan təzyiqi və onun müalicəsi haqqında məlumat verən kardiologiya mütəxəssisi Dr. Kamuran Seyidoğlu bildirir ki, yüksək təzyiq bədənin arteriyalarını təsir edən ümumi bir vəziyyət olaraq bilinir: 

“Əgər bir insanda yüksək təzyiq varsa, qanı damar divarlarına itələmə qüvvəsi yüksəkdir. Bu, ürəyin daha çox işləməsi deməkdir. Həddindən artıq işləyən ürək yorulur. Sonunda ürəkdə infarkt, ürək çatışmazlığı, damar tıxanıqlığı, beyin qanaması kimi həyati problemlər yarana bilər.

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə toxunan Mütəxəssis. Dr. Kamuran Seyidoğlu qeyd edir ki, yüksək təzyiq və ya hipertoniya nadir hallarda nəzərə çarpan simptomlara malikdir. Ancaq müalicə edilmədikdə infarkt və insult kimi ciddi problemlər riskini artırır. Qan təzyiqinin yüksək olub-olmadığını öyrənməyin yeganə yolu mütəmadi olaraq yoxlamaqdır.

Mütəxəssis qeyd edib ki, yüksək təzyiqin müalicəsi ilə yanaşı, təzyiq dəyərlərini nəzarət altında saxlamaq da vacibdir. 140/90 mmHg və daha yüksək təzyiq hipertoniya sayılır. Təlimatlara uyğun olaraq ideal qan təzyiqi dəyərləri 90/60 mmHg ilə 120/80 mmHg arasında olmalıdır. 90/60 mmHg və ya daha aşağı qan təzyiqi aşağı təzyiq olaraq da tanınır. Ümumiyyətlə, təzyiq 120/80 mmHg ilə 140/90 mmHg arasında saxlanmazsa, sizdə yüksək təzyiqə tutulma riski yarana bilər.

Xəbər xətti