Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə həmyaşıdları tərəfindən yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər zorakılıq hərəkətləri edilir.
Hadisənin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik-leytenant Elşad Hacıyev bildirib ki, məsələnin nəzarətə götürüldüyünü bildirib. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.