Naxçıvan polisi tərəfindən Muxtar Respublika ərazisində son 1 ay ərzində keçirilən tədbirlər zamanı nakotik vasitə və psixotrop maddələrin, aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsini təşkil edən, habelə sosial şəbəkələrdə “telefon satışı” və “kirayə ev” elanları yerləşdirərək 100-dən çox vətəndaşı aldadan, ölkə ərazisinə saxta pul əskinaları gətirən, habelə silsilə oğurluq, quldurluq cinayətləri, eləcə də digər hüquqpozmalar törədən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Profilaktik tədbirlər zamanı 41 odlu silah, 12 avtomat darağı, 1061 patron, 4 qumbara, 3 binokl və 3 ədəd süngü bıçaq vətəndaşlar tərəfindən könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Əməliyyat yolu ilə müxtəlif şəxslərdən 5 odlu silah, 225 patron və 5 avtomat darağı aşkar edilib.
Keçirilən tədbirlər nəticəsində axtarışda olan 91 nəfər saxlanılıb. “102” Xidməti-Zəng Mərkəzi vasitəsi ilə vətəndaşlardan daxil olan 2 minə yaxın müraciətə opetariv reaksiya göstərilib.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.