Sabir Rüstəmxanlının qızı "Sevgililər günü" boşandı

17:38 - 16 Fevral 2024 - Xəbər

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.

Ucnoqta.az xəbər verir ki, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nigahın pozulması məqsədilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nigah ləğv edilib.

Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nigahdan bir oğlan övladları var.///mətbuat

Xəbər xətti