Bu gün bu rayonda qaz OLMAYACAQ

12:58 - 16 Fevral 2024 - Xəbər

Bu gün Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Ucnoqta.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

Bildirilir ki, Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə fevralın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vulkan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti