Günəşdə güclü partlayış baş verdi

11:41 - 16 Fevral 2024 - Ədəbiyyat

Fevralın 16-da səhər saatlarında ən yüksək dərəcəli X olan güclü günəş partlayışı baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb. Bildirilir ki, fevralın 16-da rentgen diapazonunda 16 dəqiqə davam edən X2.5 (S16W85) məşəl qeydə alınıb və 2674 km/ sürətlə II spektral tipli radio emissiyasının partlaması ilə müşayiət olunub. 

Məşəldən sonra günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi, kosmik hava məlumatlarına görə, beş göstərici şkalasında R3 (güclü) səviyyəsində olub.

Hazırda məlumatlar səviyyənin R1 (zəif) səviyyəsinə düşdüyünü göstərir.

Xəbər xətti