Bakıda uşaqlarını diləndirən qadın barədə DİN-dən AÇIQLAMA

19:22 - 15 Fevral 2024 - Cəmiyyət

Daxili İşlər Nazirliyi (DİN) Xətai rayonu, “Xəzər dairəsi” deyilən ərazidə uşaqlarını diləndirən qadın barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları dəfələrlə qanunamüvafiq tədbirlər görüb:

“Paytaxtın Xətai rayonu ərazisində yerləşən müvafiq ünvanda azyaşlı övladları birgə məskunlaşmış 1987-ci il təvəllüdlü şəxslə dəfələrlə profilaktiki söhbətlərin aparılmasına, öz razılığı ilə övladlarının uşaq evlərinə yerləşdirilməsi barədə təkliflərin verilməsinə baxmayaraq o, bundan imtina edərək dilənçiliklə məşğul olmağa davam edib. Polis əməkdaşları tərəfindən şəxs barəsində müxtəlif vaxtlarda qanunamüvafiq tədbirlər görülüb”.

Xəbər xətti