ABŞ və Böyük Britaniya husi hədəflərinə silsilə zərbələr endirib

12:02 - 8 Fevral 2024 - DÜNYA

ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin Ənsar Allah üsyançı hərəkatından husilərin hədəflərinə silsilə hücumlar həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Qırmızı dəniz sahilində yerləşən Hudeyda əyalətinin Ras İsa liman ərazisi ən azı üç hava hücumuna məruz qalıb.

İtkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Xəbər xətti