Kürdəmirdə seçici səs verərkən ölüb

09:40 - 8 Fevral 2024 - Cəmiyyət

Fevralın 7-si keçirilən növbədənkənar prezident seçkilərində iştirak edən Kürdəmir sakini seçki məntəqəsində vəfat edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 95 saylı Zərdab-Ucar-Kürdəmir Seçki Dairəsinin Carlı kəndində yerləşən 63 saylı seçki məntəqəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü Süleymanov İsmayıl Əliqoca oğlu səsvermə prosesi zamanı qəfil dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti