Türkiyənin F-16 təyyarələri Azərbaycanda - FOTO

14:22 - 20 Oktyabr 2023 - Xəbər

 

“Mustafa Kamal Atatürk - 2023” təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 təyyarələri bu gün ölkəmizə gəlib.

Bu barədə Müdafiə Nazirliyindən Ucnoqta.az-a bildirilib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.

Xəbər xətti